HƏMAS-ın ən böyük raket fabriki aşkarlanıb

HƏMAS-ın ən böyük raket fabriki aşkarlanıb
  09 Yanvar 2024    Oxunub:1104
İsrail Ordusu Qəzza zolağında müharibə başlayandan bəri HƏMAS-a aid ən böyük raket istehsalı zavodunu üzə çıxardığını iddia edir.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Qəzzanın mərkəzindəki Büreyc düşərgəsində fəaliyyət göstərən İsrail bölmələri binanın görüntülərini yayaraq, zavodun uzunmənzilli raketlərin istehsalı üçün istifadə edildiyini bildirib.

İddiaya görə, ərazidə həmçinin çoxsaylı tunel və HƏMAS qərargahı mövcuddur.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti