Şoyqu: "Ukrayna ötən il 215 min itki verib"

Şoyqu:    "Ukrayna ötən il 215 min itki verib"
  09 Yanvar 2024    Oxunub:977
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun ötən il verdiyi itkiləri açıqlayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir Kiyevin 2023-cü ildə ən azı 215 min canlı qüvvə itirdiyini deyib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri 28 min hərbi texnika itirib. Şoyqunun sözlərinə görə, Rusiya ordusu xüsusi döyüş bölgələrində strateji təşəbbüsü özündə saxlayır. Qərbin Ukraynaya yardımı isə cəbhədəki vəziyyəti dəyişməyəcək. Şoyqu əlavə edib ki, Ukraynanın qoşun birləşmələri insan resurslarının tükənməsi problemi ilə üz-üzə qalıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçiriblər. Nəticədə Rusiya ordusunun xeyli itki verməsi barədə məlumatlar və görüntülər yayıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti