Koreya NASA-nın alternativini yaradır

   Koreya NASA-nın alternativini yaradır
  09 Yanvar 2024    Oxunub:801
Koreya Respublikasının Milli Assambleyası (parlamenti) şərti olaraq Koreya Aerokosmik Administrasiyası adlanan ayrıca kosmik agentliyin yaradılması haqqında qanun layihəsini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

O qeyd edir ki, agentlik Amerika NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Cənubi Koreyadakı ekvivalenti olacaq.

Yeni kosmik agentliyin təxminən may və ya iyun aylarında ölkənin cənubundakı Saşeon şəhərində açılması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti