Ağcabədidə müəmmalı intihar: 3 uşaq anası zəhər içdi

Ağcabədidə müəmmalı intihar: 3 uşaq anası zəhər içdi
  09 Yanvar 2024    Oxunub:1034
Ağcabədidə 3 uşaq anası olan 23 yaşlı qadın intihar edib.
AzVision.az xəbər verir ki, hadisə rayonun Hacılar kəndində baş verib. 2001-ci il təvəllüdlü İradə Əliyeva Siyavuş qızı yaşadığı evdə zəhər içərək həyatına son qoyub.

Hadisə ilə bağlı AzVision.az -a danışan atası Siyavuş Əliyev qızının hansı səbəbdən intihar etdiyini bilmədiklərini deyib.

“Mən ailəmlə Ağdamın Ballar kəndində yaşayıram. Qızımı Ağcabədinin Hacılar kəndinə ərə vermişdim. Ailəsində hansısa ciddi problemi yox idi. Ailə münaqişləri ilə bağlı şikayəti olmurdu. Dörd gün bundan əvvəl qəfil xəbər tutduq ki, zəhər içib. Təcili Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıldı. Orada ilkin tibbi yardım göstərildikdən sonra Bakıya gətirildi. Ancaq onun həyatını xilas edə bilmədilər, Bakıda vəfat etdi.

Hələlik intihar səbəbini bilmirik. Bakıdan araşdırma nəticəsi gələndən sonra bu haqda məlumatımız olacaq. Ər tərəfi deyir ki, həmin günlərdə evdə narazılıq olmayıb. Qızımın 7-i mərasiminin çıxmasını gözləyirik. Ondan sonra onlardan şikayətçi olub olmamağımızla bağlı məsələlərə baxacağam. İradə mənim sonbeşiyim idi. Hələlik nəvələrimlə bağlı qərar verməmişik”.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: İntihar  





Xəbər lenti