Stansiyada doğan sərnişinə metro işçisi kömək etdi

Stansiyada doğan sərnişinə metro işçisi kömək etdi
  09 Yanvar 2024    Oxunub:1497
Moskvada qadın metrostansiyaya daxil olandan sonra uşaq dünyaya gətirib. Doğuş prosesinə işçilərdən biri kömək edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, hamilə qadın tezliklə doğuş həyata keçirəcəyini anlayanda özünü zorla Naqatinskaya stansiyasında çatdırıb. Xəstəyə yarımstansiyanın növbətçisi Sergey Baranov yardım edib.
Tibb işçiləri əraziyə gələnə qədər artıq uşaq doğulub. Həkimlər xəstə sərnişini və onun körpəsini xəstəxanaya aparıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti