Melani Trampın anası vəfat etdi

   Melani Trampın anası vəfat etdi
  10 Yanvar 2024    Oxunub:891
ABŞ-nin keçmiş birinci xanımı Melani Trampın anası Amaliya Knavs 78 yaşında vəfat edib.
Bu barədə M. Tramp X sosial şəbəkəsində məlumat yayıb. Tramp anasının lütfkar, hərarətli və ləyaqətli qadın olduğunu bildirib.
" O, həmişə ərinə, qızlarına, nəvələrinə və yeznələrinə sadiq qadın olub".

M. Tramp bildirib ki, anası üçün darıxacaq və onun irsini şərəfləndirməyə və sevməyə davam edəcək".

ABC televiziyasının məlumatına görə, Knavs Floridada dünyasını dəyişib.

Şahanə Rəhimli
AzVision.az






Teqlər:





Xəbər lenti