Zelenski Litvaya gedib

 Zelenski Litvaya gedib
  10 Yanvar 2024    Oxunub:968
Ukrayna prezidenti Baltikyanı ölkələrə səfər edib.
AzVision.az xəbər verir ki, Litva Hava Limanlarının baş direktoru Simonas Bartkus Vilnüsə gələn Zelenskinin təyyarədən enərkən çəkilmiş şəklini "X" hesabında paylaşıb.

Ukrayna prezidenti isə özünün sosial şəbəkə hesabında Litva prezidenti və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirəcəyini, Aİ və NATO-ya inteqrasiya, təhlükəsizlik məsələləri, elektron müharibə və PUA üzrə əməkdaşlıq, həmçinin Avropanın Ukraynaya dəstəyinin koordinasiyası barədə danışıqlar aparacağını qeyd edib.

Məlumata görə, Zelenski gözlənilməz səfər çərçivəsində Litvadan sonra Estoniya və Latviyaya yola düşəcək.


Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti