Yunanıstan sahilində miqrant qayığı batıb: 2 ölü

   Yunanıstan sahilində miqrant qayığı batıb:    2 ölü
  10 Yanvar 2024    Oxunub:933
Güclü külək nəticəsində Yunanıstanın Lesbos adası yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi Xidmətin adanın yaxınlığındakı batan 18 nəfərin xilas edildiyini, 2 nəfərin isə cəsədinin çıxarıldığını bildirib.

Avropa Birliyində miqrasiya probleminin gündəmdə olduğu bir dövrdə qəzaya uğrayan qayıqda 36 qanunsuz miqrantın olduğu qeyd edilib.

Axtarışlar davam etdirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti