Tonoyan həbsdə qaldı

   Tonoyan həbsdə qaldı
  10 Yanvar 2024    Oxunub:927
İstifadəyə yararsız təyyarə almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.
Məhkəmə həbs qətimkan tədbirini dəyişdirməkdən imtina edib, bu barədə Sputnik Ermənistan-a vəkil Andranik Manukyan bildirib.

Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti