Əfqanıstanda "Taliban"a məxsus avtomobil partlayıb

Əfqanıstanda "Taliban"a məxsus avtomobil partlayıb
  10 Yanvar 2024    Oxunub:1028
Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban"a məxsus avtomobilin yanında qumbara partlayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət hələlik hadisə ilə bağlı şərh verməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti