Rusiya və Türkiyə prezidentləri görüşəcəklər

   Rusiya və Türkiyə prezidentləri görüşəcəklər
  10 Yanvar 2024    Oxunub:964
Rusiya və Türkiyə prezidentləri arasında görüş keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi hələ seçilməyib: "Görüş diplomatik kanallarla razılaşdırılacaq".

Peskov vurğulayıb ki, Putin və Ərdoğan arasında daimi ünsiyyətə ehtiyac var, lazım gəldiyi təqdirdə, liderlər telefonla çox tez zəngləşə bilirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti