BMT donorlardan Ukrayna üçün 3 milyard dollardan çox pul istəyəcək

BMT donorlardan Ukrayna üçün 3 milyard dollardan çox pul istəyəcək
  11 Yanvar 2024    Oxunub:911
Birləşmiş Millətlər Təşkilatının agentlikləri gələn həftə donorlardan Ukraynaya yardım üçün 3,1 milyard dollar istəyəcək.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Edem Vosornu bildirib ki, Ukraynada müharibə davam etdiyi üçün maliyyə dəstəyi səngiməməlidir:

“2024-cü ildə biz bütün donorları yenidən aktiv olmağa və Ukrayna xalqına kömək etməyə çağırırıq. Məqsədimiz Ukraynadakı 8,5 milyon insana kömək etmək üçün 3,1 milyard dollar toplamaqdır”.

Bundan əvvəl BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bəyan edib ki, 2024-cü ildə Ukrayna əhalisinin 40%-ni təşkil edən 14,6 milyondan çox insanın humanitar yardıma ehtiyacı olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti