Şimali Koreya Rusiyaya ballistik raketlər sata bilər

Şimali Koreya Rusiyaya ballistik raketlər sata bilər
  11 Yanvar 2024    Oxunub:1025
Şimali Koreya Rusiyaya yeni tipli ballistik raketlər sata bilər, Cənubi Koreya və ABŞ-da seçkilər ərəfəsində gərginliyi artırmaq üçün əlavə silah sınaqları keçirə bilər.
AzVision.az xəbər verir ki, bunu Koreya Respublikasının müdafiə naziri Şin Von Sik deyib. Onun sözlərinə görə, Şimali Koreya Cənubi Koreya və ABŞ-da keçiriləcək əsas seçkilər ərəfəsində onsuz da yüksək gərginliyi artırmaq üçün yanvarın əvvəlində bərk yanacaqlı orta mənzilli ballistik raketləri sınaqdan keçirə və normal bucaq altında uzun mənzilli raket buraxa bilər.

“Şimali Koreya ilk dəfə 2022-ci ilin aprelində qısa mənzilli ballistik raketi sınaqdan keçirib. Bu, təxmini uçuş məsafəsi 100-180 kilometr olan yeni silah növüdür”. Cənubi Koreyada parlament seçkiləri apreldə, ABŞ-da isə prezident seçkiləri noyabrda keçiriləcək.


AzVision.az



Teqlər:





Xəbər lenti