Yeni Kaledoniyada Fransaya qarşı etiraz: Azərbaycan bayraqları qaldırıldı

   Yeni Kaledoniyada Fransaya qarşı etiraz:    Azərbaycan bayraqları qaldırıldı
  11 Yanvar 2024    Oxunub:1233
Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti