Türkiyə və Yunanıstan arasında viza rejimi sadələşdirilir

Türkiyə və Yunanıstan arasında viza rejimi sadələşdirilir
  11 Yanvar 2024    Oxunub:900
Türkiyə vətəndaşları Yunanıstan adalarına sadələşdirilmiş viza ilə səyahət edə biləcəklər.
AzVision.az bu haqda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bəyanat verib.

O, türk turistlər üçün Yunanıstanın 10 adasına səfər zamanı sadələşdirilmiş viza rejiminin mart ayından etibarən tətbiq ediləcəyini bildirib. Baş nazir bu rejimin davamlı olacağına ümid etdiyini qeyd edib.

Türkiyənin ABŞ-dən "F-16" qırıcıları almaq istəyinə də toxunan Mitsotakis bu barədə ölkəsinin mövqeyini dilə gətirərək, məsələyə neytral yanaşdıqlarını vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti