Bayden niyə ikinci dəfə prezident seçilmək istəyir?

 Bayden niyə ikinci dəfə prezident seçilmək istəyir?
  11 Yanvar 2024    Oxunub:1099
ABŞ-ın birinci xanımı Cill Bayden əri və hazırkı dövlət başçısı Co Baydenin ikinci müddətə prezident seçilmək üçün namizədliyini irəli sürməsindən danışıb.
O, MSNBC-yə müsahibəsində Baydenin bu qərarını onunla əsaslandırıb ki, ölkədə "azadlıq və demokratiya" təhlükə altındadır.

Tramp: "ABŞ-ni iğtişaşlar gözləyir"
“Beləliklə, amerikalılar seçim qarşısındadırlar. Onların güclü, sabit liderliyi, demokratiya uğrunda mübarizə aparan bir rəhbəri ola bilər. Yaxud da onlar xaos və çöküşü seçə bilərlər”, - Cill Bayden müsahibə zamanı deyib.

Bundan öncə Yuta ştatından olan respublikaçı senator Mitt Romni də bu mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O, New York Times-a müsahibəsində demişdi ki, ABŞ-nin hazırkı prezidentinin seçki öncəsi kampaniya apararaq demokratiyaya təhdidlərlə bağlı mövzuları ortaya atması uğursuz gedişdir. Dövlət başçısına “yeni mövzular lazımdır”.

Qeyd edək ki, ABŞ prezidentliyi uğrunda gərgin mübarizə gedəcəyi proqnozlaşdırılır. Analitiklər Baydenin səhhətinə görə ikinci dəfə prezident seçilmək şansının aşağı olduğunu desələr də, onun potensial rəqiblərinin də cəmiyyətdə nüfuza malik olmadıqlarını vurğulayırlar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Prezident   Bayden  





Xəbər lenti