Zelenski Estoniyaya yollanıb

   Zelenski Estoniyaya yollanıb
  11 Yanvar 2024    Oxunub:820
Ukrayna prezidenti Volodimir Zelenski Baltikyanı ölkələrə səfəri çərçivəsində Estoniyaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə Estoniya XİN rəhbəri Marqus Tsahkna "X" hesabında məlumat yayıb.

"Ukraynaya güclü mesaj verir və təsdiqləyirik ki, Estoniya qətiyyətlə onların yanındadır və birlikdə müharibədə qalib gələcəyik!", - XİN rəhbəri qeyd edib.

Estoniya səfərində Ukrayna prezidenti estoniyalı həmkarı Alar Karis, parlamentin sədri Lauri Hussar və Baş nazir Kaya Kallas ilə görüşəcək. O həmçinin Estoniya parlamentində çıxış edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti