Almaniyada dəmiryolçular tətil elan ediblər

Almaniyada dəmiryolçular tətil elan ediblər
  11 Yanvar 2024    Oxunub:934
3 günlük tətilə əsas kimi iş vaxtının həftədə 38 saatdan 35 saata endirilməsi və maaşların artırılması tələbi göstərilir.
AzVision.az xəbər verir ki, Almaniya Dəmir Yolları Şirkəti ilə aparılan danışıqlar nəticə vermədiyi üçün Alman Maşinistlər İttifaqı 3 günlük tətil elan edib.

Səhər saatlarında başlayan tətil səbəbindən bir çox məntəqədə yük və sərnişin daşımaları ləğv edilib. Hər gün minlərlə insanın istifadə etdiyi Köln və Berlin mərkəzi dəmiryol stansiyaları boş qalıb.

Məlumata görə, tətil cümə günü axşam saatlarınadək davam edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti