İrəvan həbsxana binasını hərbi hissəyə çevirir

İrəvan həbsxana binasını hərbi hissəyə çevirir
  11 Yanvar 2024    Oxunub:1410
Ermənistanın Araqatsotn rayonunun Koş kəndindəki keçmiş həbsxananın yerində hərbi hissə açılacaq.
Hərbi hissə təlim məqsədləri üçün istifadə olunacaq.AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi bu binanın iki ildir istifadə edilmədiyini nəzərə alaraq onun qurumun sərəncamına verilməsi üçün müraciət ünvanlayıb. Cümə axşamı hökumətin iclasında qəbul edilən qərara əsasən, bina Müdafiə Nazirliyinin tabeliyinə veriləcək.

“Koş” cəzaçəkmə müəssisəsi 2022-ci il yanvarın 1-dək fəaliyyət göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti