"Sputnik V" peyvəndinin yaradıcılarından biri ölüb

   "Sputnik V" peyvəndinin yaradıcılarından biri ölüb
  11 Yanvar 2024    Oxunub:1003
Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin yaradıcılarından biri- Boris Naroditski vəfat edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, alim 82 yaşında Moskvada dünyasını dəyişib.

Virusoloqun ölüm səbəbi iki il əvvəl aldığı ağır zədə fonunda pnevmoniya olduğu bildirilib. Belə ki, 2021-ci ildə Naroditski yıxılaraq boyun fəqərələrindən birini sındırıb, o vaxtdan onun hərəkəti kəskin şəkildə məhdudlaşıb.

Alim son ay yarımı ağır vəziyyətdə Botkin xəstəxanasında keçirib, pnevmoniyaya yoluxub.

AzVision.az


Teqlər:





Xəbər lenti