"Bayram günlərində koronavirusdan ölənlərin sayı artıb" - ÜST

   "Bayram günlərində koronavirusdan ölənlərin sayı artıb" -    ÜST
  11 Yanvar 2024    Oxunub:953
Dekabr ayında “SARS-CoV-2” koronavirusunun “JN.1” yeni variantına yoluxanların sayı artıb. Bayram tədbirləri çərçivəsində 10 minə yaxın şəxs bu səbəbdən vəfat edib.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Qebreyesus brifinqdə deyib.

O qeyd edib ki, müxtəlif mənbələrdən daxil olan məlumatlar bunu sübut edir:

"Dekabrda təxminən 10 min ölüm halı qeydə alınıb. Xəstəxanaya yatırılanların sayı isə təxminən 50 ölkədə, əsasən də Avropada, eləcə də Şimali və Cənubi Amerikada 42 faiz artıb. Yoluxma səviyyəsinin çox ehtimal ki, başqa ölkələrdə də artıb, lakin onları müvafiq məlumatları təşkilatla bölüşmürlər".

Qebreyesus bildirib ki, hazırda virusun “JN.1” variantı dünyada ən çox yayılan variantdır. ÜST başçısının sözlərinə görə, mövcud vaksinlər müəyyən müdafiəni təmin etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti