"Türkiyə enerji sahəsində tam müstəqil olmağı hədəfləyir" - Nazir

   "Türkiyə enerji sahəsində tam müstəqil olmağı hədəfləyir" -    Nazir
  11 Yanvar 2024    Oxunub:1135
Türkiyənin idxal olunan enerjidən asılılığı 68 faizdir. Bu, çox yüksək rəqəmdir. Bizim hədəfimiz ölkənin enerji sahəsində tam müstəqil olmasıdır.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Türkiyənin təbii qaza ehtiyacı daha böyükdür. Çünki məişətlə yanaşı, sənayedə də istifadə olunur. Ona görə də biz yeni kəşflər etməliyik. Biz həmçinin yeni kəşfiyyat quyularının açılmasını hədəfləyirik. Sakarya Qaz Yatağında 17 quyu qazmışıq. Nölgədə yeni potensialların olduğunu düşünürük. Orta və Şərqi Qara dənizdə axtarmaq istədiyimiz yerlər var. Bunlardan bəziləri qaz, bəziləri neft yataqlarıdır. Biz kəşfiyyat qazma işlərini hasilatı dayandırmadan aparacağıq", nazir əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti