ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
  11 Yanvar 2024    Oxunub:1029
ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin direktoru Vladimir Mixeyçiki sanksiyalar siyahısına əlavə edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir.

Bundan əlavə, Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli iki hüquqi şəxsə, habelə hərbi nəqliyyat aviasiyası ilə əlaqəli üç təyyarəyə məhdudiyyətlər tətbiq edilib.

Sanksiyaya məruz qalan hüquqi şəxslər Həştərxan vilayətindəki Aşuluk və Vladimirovka poliqonları olub.

AzVision.az


Teqlər:





Xəbər lenti