Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
  12 Yanvar 2024    Oxunub:1090
Rusiya Birləşmiş Ştatların və müttəfiqlərinin Yəməndəki hədəflərə endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Daimi Nümayəndəliyin Telegram kanalında yayılan məlumatda qeyd edilir ki, Rusiya təcili iclasın yanvarın 12-də keçirilməsini tələb edib.

Qeyd olunur ki, toplanrı Nyu-York vaxtı ilə saat 15:00-da başlayacaq.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT  





Xəbər lenti