Yəmənə zərbələrdən sonra neft qiymətləri 2% bahalaşıb

   Yəmənə zərbələrdən sonra neft qiymətləri 2% bahalaşıb
  12 Yanvar 2024    Oxunub:1457
ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki beynəlxalq gəmilərə hücumlarına cavab olaraq Yəmənin husi hədəflərini bombalamasından sonra neftin qiyməti artmağa başlayıb.
Bakı vaxtı ilə saat 11:08-ə Brent markalı neftin mart fyuçersləri bir barel üçün 79,24 dollara (+2,36%) ticarət edilib. WTI markalı neftin fevral fyuçersləri 2,32% artaraq 73,69 dollar/barelə çatıb.

Yəmən münaqişəsi: İran Yaxın Şərqin neft arteriyasını kəsə bilər
Qeyd edək ki , ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeyda, Taiz və Dhamar da daxil olmaqla bir sıra şəhərlərində “Ənsar Allah” hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə oktyabr ayında başlayan hücumları, qlobal daşımaların təxminən 15%-ni təşkil edən Avropa və Asiya arasında əsas marşrutda beynəlxalq ticarəti pozub.

Beynəlxalq nəqliyyat və logistika şirkətləri sular vasitəsilə tranziti dayandırmağa və Ümid burnundan keçən marşrut boyunca gəmiləri yönləndirməyə məcbur olublar. Bu, çatdırılma müddətinin uzadılmasına, yanacağın bahalaşmasına və konteynerlərin daşınma qiymətlərinin artmasına səbəb olub.

AzVision.az


Teqlər:   Qəzza   Yəmən  





Xəbər lenti