Zelenski Putinə koordinatlarla “gizli mesaj” göndərdi

   Zelenski Putinə koordinatlarla  “gizli mesaj”  göndərdi
  12 Yanvar 2024    Oxunub:1560
Ukrayna prezidenti Vladimir Zelenski Estoniyanın baş naziri Kaja Kallas ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə “gizli mesaj” verib.
Bu barədə Almaniyanın "Bild" tabloidi yazıb. Belə ki, Kallas Ukrayna bayrağının rənglərində kostyum və broş, Zelenski isə üzərində 48,3794° və 31,1656° rəqəmləri olan sviter geyinib.

Ukrayna lideri sviterinin üzərindəki rəqəmlərlə rusiyalı həmkarına “gizli mesajı” göndərib. Çünki Zelenskinin sviterindəki rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır.

Ölkənin 1991-ci ildən rəsmi tanınan sərhədlərinin coğrafi mərkəzi də məhz orada yerləşir. Kənddə Ukrayna paralelləri və meridianlarının birləşdiyi yerdə xatirə lövhəsi var. “ Beləliklə, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etmədiyini bildirir ”, - nəşr yazıb.

AzVision.az


Teqlər: Ukrayna   Rusya  





Xəbər lenti