Zaxarova: "Latviyaya cavabımız sərt və ağrılı olacaq"

    Zaxarova:    "Latviyaya cavabımız sərt və ağrılı olacaq"
  12 Yanvar 2024    Oxunub:1697
Rusiyanın Latviyanın Riqadakı “Moskva Evi”ni dövlət mülkiyyətinə keçirməklə bağlı olan qərarına cavabı sərt və ağrılı olacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Latviya 1,2 mindən çox rusiyalını ölkədən çıxarır
Onun sözlərinə görə, bu cür hərəkətlərə görə bütün məsuliyyət "tamamilə Latviya hakimiyyətinin və ölkə rəhbərliyinin üzərinə düşür".

Qeyd edək ki, dünən Latviya Seymi Riqadakı “Moskva Evi”nin dövlət mülkiyyətinə keçməsini təsdiqləyib. Səsvermə zamanı sənədi 70 deputat dəstəkləyib, 9 deputat bitərəf qalıb. 11 deputat bu qərarın əleyhinə səs verib. Parlamentin mətbuat xidməti qeyd edib ki, qəbul edilən qanun Latviyanın təhlükəsizliyinə olan təhdidlərin vaxtında qarşısının alınmasına yönəlib.

Xatırladaq ki, bir müddət öncə Latviyanın hüquqi statusunu tənzimləmədiyi iddia edilən 1,2 mindən çox Rusiya vətəndaşını ölkədən zorla çıxaracağı ilə bağlı məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Latviya  





Xəbər lenti