Yunanıstanda tələbələr aksiya keçiriblər - FOTO

Yunanıstanda tələbələr aksiya keçiriblər -    FOTO
  12 Yanvar 2024    Oxunub:1313
Onlar ölkədə özəl universitetlərin təsis edilməsinə etiraz edirlər.
AzVision.az xəbər verir ki, Yunanıstan hökumətinin ölkədə özəl universitetlərin yaradılması barədə qanun layihəsinə qarşı çıxan minlərlə tələbə paytaxt Afinada etiraz aksiyasına qalxıb.

Tələbələr ali təhsil sahəsində özəlləşmə baş verəcəyi halda universitet diplomlarının dəyərini itirəcəyini vurğulayıblar.

Aksiya zamanı "Özəl universitetlərə yox", "Pulsuz dövlət təhsili" və "Özəl universitetlər imkan verilməməlidir" yazılmış plakatlar qaldırılıb, habelə qanunu dəstəkləyən təhsil naziri Kiriakos Pierrakakisin ünvanına etiraz şüarları səsləndirilib.

Nümayişlər əsasən dinc şəraitdə davam etsə də, polislə etirazçılar arasında qısamüddətli toqquşmalar baş verib.



Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti