Papa yenə səhhətindən şikayətlənib

   Papa yenə səhhətindən şikayətlənib
  12 Yanvar 2024    Oxunub:1134
Roma Papası Fransiskin səhhətində yenidən problem yaranıb.
AzVision.az Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Papa Vatikanın Apostol Sarayındakı auditoriyada bronxitdən şikayətlənib.

Qeyd olunur ki, pontifik çıxışın mətnini oxuya bilmədiyi üçün onu iştirakçılara təhvil verib.

"Mən bütün çıxışı oxumaq istərdim, amma bir problemim var: Bronxitim var və yaxşı danışa bilmirəm", deyə Papa kilsə simpoziumunda iştirak edən Fransa nümayəndə heyətinin üzvlərinə müraciət eedibş

Qeyd edək ki, noyabrın sonunda 87 yaşlı pontifik Papa Fransisk qrip səbəbəindən bir neçə görüşünü ləğv edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti