Ermənistanda mer vətəndaşın boğazını kəsmək istədi

   Ermənistanda mer vətəndaşın boğazını kəsmək istədi
  12 Yanvar 2024    Oxunub:1421
Stepanavan meri Armen Qriqoryan ona yaxınlaşan vətəndaşın boğazını kəsməyə cəhd edib. Bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.
Vəkilin sözlərinə görə, müvəkkili əlillik arayışı almaq üçün meriyaya daxil olub və bələdiyyə sədrinə yaxınlaşıb.

“Sonuncunun mühafizəçiləri vətəndaşı döyüblər, bundan sonra mer bıçaqla onun boğazını kəsməyə cəhd edib”,- Koçubayev yazıb.

Zərərçəkmiş polisə müraciət etsə də, istintaq maddi sübut toplamır.

“Çox güman ki, bütün məsələ ondan ibarətdir ki, merin adı müdafiə naziri Suren Papikyanla bağlıdır”, - Koçubayev qeyd edib.

Vəkil aidiyyatı qurumları bu problemə diqqət yetirməyə çağırıb, araşdırmanın səmərəli aparılmasını tələb edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti