Tesla Avropadakı ən böyük zavodunu bağladı

   Tesla Avropadakı ən böyük zavodunu bağladı
  12 Yanvar 2024    Oxunub:1533
Milyarder İlon Maskın avtomobil istehsal edən Tesla şirkəti komponent çatışmazlığı səbəbindən Avropanın Berlin yaxınlığındakı ən böyük zavodunda istehsalın böyük hissəsini dayandırıb.
Reuters xəbər verir ki, təchizat problemləri Yəməndən husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumları nəticəsində başlayıb. Agentliyin məlumatına görə, Tesla Qırmızı dənizdəki vəziyyət nəticəsində logistika problemləri barədə məlumat verən ilk şirkət olub.

“Qırmızı dənizdəki silahlı münaqişələr və Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarında baş verən dəyişikliklər Qrünheydə hasilata öz təsirini göstərir”, – şirkət bildirib.

Tesla səhmləri gecikmələrin elan edilməsi fonunda Frankfurt birjasında 1,7% ucuzlaşıb. Tesla, Avropa üçün də avtomobillər istehsal edən Şanxay zavodunda istehsal qrafikini dəyişmək niyyətində deyil. Bu barədə vəziyyətlə tanış olan mənbə bildirib. Zavod əvvəlki illərdə olduğu kimi Ay təqvimi üzrə Çin Yeni ili zamanı bir həftə bağlı olacaq.

Husi yaraqlılarının hücumları dünyanın aparıcı gəmiçilik şirkətlərini Asiyadan Avropaya ən sürətli dəniz yolu olan və qlobal dəniz nəqliyyatının təxminən 12%-ni təşkil edən Süveyş kanalından istifadəni dayandırmağa məcbur edib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti