Ayasofya məscidinə giriş əcnəbilər üçün pullu olacaq

   Ayasofya məscidinə giriş əcnəbilər üçün pullu olacaq
  12 Yanvar 2024    Oxunub:1531
İstanbulda Ayasofya məscidinə xarici turistlər üçün giriş adambaşına 25 avroya başa gələcək. Bu barədə NTV Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Məscidi ziyarət etmək əcnəbilər üçün yanvarın 15-dən ödənişli olacaq, biletlər xüsusi kassalarda satılacaq. Nazirlik hesab edir ki, yeni “ziyarətlərin idarə edilməsi” sxemi uzun növbələrin qarşısını alacaq.

Türkiyə vətəndaşları üçün məscidə giriş pulsuz olacaq. Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy oktyabrın sonunda əcnəbilərin məscidi ziyarət etməsi üçün rüsum tətbiq ediləcəyini açıqlamışdı. O, Türkiyə hökmətinin qərarının YUNESKO-nun tövsiyələri ilə bağlı olduğunu izah edib. Nazir əmin edib ki, tədbirlər ekskursiyaların keyfiyyətinin yaxşılaşdırılması və məscidə ibadət üçün gələnlərin rahatlığının artırılmasına yönəlib.

2020-ci ilin iyulunda Türkiyə rəsmiləri muzeyin məscid statusunu qaytarıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti