Türkiyə ordusunun 9 əsgəri şəhid olub - YENİLƏNİB

 Türkiyə ordusunun 9 əsgəri şəhid olub -  YENİLƏNİB
  13 Yanvar 2024    Oxunub:2187
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

***
Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi İraqın şimalında Pəncə-Kilit əməliyyatı zonasında şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, silahlıların hücumu nəticəsində 8 hərbçi yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

“İlkin məlumatlara görə, döyüş zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - Müdafiə Nazirliyindən bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti