Səsdən sürətli Amerika təyyarəsi X-59 təqdim edildi

   Səsdən sürətli Amerika təyyarəsi X-59 təqdim edildi
  13 Yanvar 2024    Oxunub:1464
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və “Lockheed Martin” şirkəti eksperimental səsdən sürətli “X-59 Questst” təyyarəsinin ilk uçuşu yazın sonu və ya yayın əvvəlində baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə təyyarənin yeni təyyarə Kaliforniyanın Palmdeyl şəhərində keçirilən təqdimatında məlumat verilib.

“X-59” “Lockheed Martin” şirkəti tərəfindən hazırlanmış eksperimental reaktiv təyyarədir. Sələfi ilə müqayisədə onun əsas xüsusiyyəti səs bumunun əhəmiyyətli dərəcədə aşağı həcmidir. Digər təyyarələr səsdən yüksək sürətə çatdıqda yüksək, partlayışa bənzər uğultu yayırlar. NASA-ya görə, bunun əvəzinə, X-59 yalnız səs sürətinə çatdıqda "sakit tıqqıltı" edəcək.

Uçuşu daha sakit etmək üçün mühəndislər ona bənzər təyyarələrin dizaynını çox dəyişdirməli olublar. Məsələn, burun hissəsi əhəmiyyətli dərəcədə uzadılıb, buna görə kabinə “X-59”un burnundan "uzaqlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti