Tayvanda prezident seçkiləri başa çatıb

   Tayvanda prezident seçkiləri başa çatıb
  13 Yanvar 2024    Oxunub:1277
Tayvanda prezident və Qanunverici Yuan (Parlament) üzvlərinin seçilməsi üçün seçki məntəqələri bağlanıb. Seçki rəsmiləri səsləri saymağa başlayıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 08:00-dan 16:00-dək davam edib. Seçkidə Tayvanın 23,6 milyon sakininin 19,55 milyonu səsvermə hüququ olub.

Tayvan rəhbərliyi postu uğrunda üç namizəd mübarizə aparır: hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı Lai Qingde, müxalif Kuomintangdan 66 yaşlı Hou Yu və mərkəzçi Tayvan Xalq Partiyasından 64 yaşlı Ke Wenzhe. Son sorğulara görə, Lai Qingde seçki yarışında favorit hesab olunur.

Tayvanın TVBS telekanalının hesablamalarına görə, hakim Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qingde adanın prezident seçkilərində liderlik edir. Hesablamanın ilk 30 dəqiqəsinin nəticələrinə görə, Lai Qinqde 854,5 min səs toplayıb. İkinci yerdə adanın əsas müxalifət partiyası olan Kuomintang partiyasının namizədi Hou Yui (736,65 min) qərarlaşıb. Mərkəzçi Tayvan Xalq Partiyasının sədri Ke Venje üçüncü yerə (666,06 min) yüksəlib.

Tayvan əhalisinin siyasi fəallığı kifayət qədər yüksək hesab olunur: 2016-cı il seçkilərində seçici fəallığı 66,27%, 2020-ci ildə isə 74,9%-ə çatıb.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri Çin vətəndaş müharibəsində məğlub olaaraq ora gələn Kuomintang qüvvələrinin qalıqlarına rəhbərlik edən Çan Kay-şek (1887-1975) tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti