Qəzzada qurbanların sayı 23,8 mini keçib

Qəzzada qurbanların sayı 23,8 mini keçib
  13 Yanvar 2024    Oxunub:1218
İsrailin Fələstinin Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində ölənlərin sayı 23,8 mini keçib.
AzVision.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi təqdim edib.

“Asharq News” telekanalının verdiyi məlumata görə, eyni müddət ərzində 60 317 fələstinli yaralanıb. Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində İsrailin bombardmanları və atəşi nəticəsində ölənlərin sayı 135 nəfər artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti