Koronavirusa görə toyu təxirə salınan sabiq baş nazir evlənib

Koronavirusa görə toyu təxirə salınan sabiq baş nazir evlənib
  13 Yanvar 2024    Oxunub:1508
Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardernin pandemiyaya görə təxirə düşən nigah mərasimi artıq reallaşıb.
AzVision.az "Associated Press"ə istinadən xəbər verir ki, Ardern uzun müddətdir partnyoru Klark Geyford ilə evlənib.

Mərasimin Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 325 kilometr (200 mil) uzaqlıqdakı mənzərəli Hauke's Bay bölgəsindəki lüks bir üzüm bağında keçirildiyi bildirilir.

Nigah mərasiminə onun ailəsi, yaxın dostları və 43 yaşlı Ardernin keçmiş deputat həmkarlarından bir neçəsi, o cümlədən keçmiş baş nazir Kris Hipkins dəvət edilib.

Xatırladaq ki, Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardern 2022-ci ilin yanvarında COVID məhdudiyyətlərini elan etdikdən sonra öz toyunu da ləğv etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti