Rişi Sunak: "Müharibə davam etdikcə yanınızdayıq"

   Rişi Sunak: "Müharibə davam etdikcə yanınızdayıq"
  13 Yanvar 2024    Oxunub:1378
Baş naziri Rişi Sunakın Kiyevə gözlənilməz səfəri çərçivəsində Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, müqaviləyə əsasən, Britaniya hökuməti il ərzində Ukraynaya 2,5 milyard funt-sterlinq dəyərində hərbi yardım verəcək.

Yardım paketinə uzaqmənzilli raketlər, dəniz və hava hücumundan müdafiə sisttemləri, artilleriya sursatı, habelə 200 milyon funt-sterlinq həcmində PUA-lar daxildir. Beləliklə, Ukrayna müharibə başlayandan bəri ən genişhəcmli PUA təminatı əldə edəcək.

İmza mərasimində Ukrayna prezidenti Volodimir Zelenski müqaviləni "misli görünməmiş təhlükəsizlik sazişi" kimi qiymətləndirərək, şəxsi iştirakına görə Baş nazirə təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin Rişi Sunak "Ukrayna-Britaniya dövlətlərarası əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində müstəsna şəxsi töhfəsinə görə" Ukraynanın "Azadlıq" ordeni ilə təltif edilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti