Tayvanın yeni prezidenti məlum olub

Tayvanın yeni prezidenti məlum olub
  13 Yanvar 2024    Oxunub:1395
Tayvanda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının (DPP) prezidentliyə namizədi cənab Lai Çinq-te seçkidə 40,2 faiz səslə qalib gəlib.

Tayvanın suverenliyini dəstəkləyən və Çinin ərazi iddialarını rədd edən partiya Tayvanda üçüncü müddətə qələbə qazanıb.

64 yaşlı Lai Çinq-te qələbə çıxışında Tayvanın demokratiyaya sadiq qalacağını vurğulayıb.

"Tayvan xalqına demokratiyamızda yeni səhifə yazdığı üçün təşəkkür edirəm. Demokratiyaya necə dəyər verdiyimizi bütün dünyaya göstərdik", - o deyib.

Qeyd edək ki, yeni prezident vəzifəsinə mayın 20-dən etibarən başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti