Netanyahu: "Bizi heç nə dayandıra bilməz"

   Netanyahu:    "Bizi heç nə dayandıra bilməz"
  13 Yanvar 2024    Oxunub:1505
"Nə Haaqa, nə də "Şər oxu" İsraili məqsədlərindən çəkindirə biləcək".
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciəti zamanı bildirib.

O, "Beynəlxalq Ədalət Məhkəməsinin heç bir qərarının İsrailə mane olmayacağını" vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, "HƏMAS-ı mühasirəyə alaraq təcrid etmək müharibənin əsas məqsədidir".

Qeyd edək ki, məhkəmə hazırda Qəzza zolağındakı vəziyyətlə əlaqədar həm İsrailin, həm də ona qarşı iddia qaldıran Cənubi Afrikanın arqumentləri üzrə müzakirə aparır.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti