Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunurlar

   Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunurlar
  14 Yanvar 2024    Oxunub:1049
Özünü əfsanəvi fransız aktyoru Alen Delonun keçmiş yoldaşı adlandıran Hiromi Rollin onun övladlarını atalarını öldürməyə cəhddə ittiham edib.
Rollen müvafiq iddia ilə prokurorluğa müraciət edib.

“Le Figaro” qəzetinin yazdığına görə, qadın israr edir ki, Delonun vəziyyəti onunla yaşayarkən stabil idi, çünki o, o zaman isveçrəli həkimlərin daimi nəzarəti altında idi. Prokurorluğa göndərdiyi məktubda Hiromi iddia edir ki, aktyorun evini tərk etmək məcburiyyətində qaldıqdan sonra sənətçi təyin olunmuş bir neçə həkim qəbulunu qaçırıb.

Rollin Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda günahlandırır. Sübut olaraq o, Delon qardaşları ilə onların bacısı Anuşka arasındakı yazışmaları göstərib. Bu yazışmalarda aktyorun oğlu Entoni atasının kimyaterapiyasını dayandırmağı təklif edib.

Xüsusilə Entoni belə bir müalicənin "yalnız qaçılmaz olana yaxınlaşmanı sürətləndirdiyini" yazıb və bunun əvəzinə "şirəçəkən almağı və ona şirələr verməyi" təklif edib.

Rollin yazdığı məktubda Delonun uşaqlarının bu cür hərəkətlərinin qətlə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Yanvarın əvvəlində Delonun oğlu Entoni bacısı Anuşkanı atalarının səhhəti ilə bağlı həqiqəti gizlətməkdə günahlandırmışdı.

Keçən yay fransız aktyorun uşaqları Rollini Delona işgəncə verməkdə günahlandırmışdılar. 2022-ci ilin mart ayında sənətçi evtanaziya yolu ilə ölmək istədiyini açıqladı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti