Ağ Ev Pentaqon rəhbərinin vəziyyətini açıqladı

   Ağ Ev Pentaqon rəhbərinin vəziyyətini açıqladı
  14 Yanvar 2024    Oxunub:1101
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bazar günü bildirib ki, ABŞ Müdafiə naziri Lloyd Ostinin hələ də tibbi yardıma ehtiyacı var və prostat vəzi əməliyyatı nəticəsində yaranan ağırlaşmalardan sonra müalicə aldığı xəstəxanadan buraxılma tarixi məlum deyil.
"Həkimlər düşünür ki, onun əlavə yardıma ehtiyacı ola bilər", - Kirbi CBS Newsa deyib.

Qeyd edək ki, Ostinə prostat xərçəngi diaqnozu qoyulub. 2023-cü ilin dekabrında o, Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində xəstəxanaya yerləşdirilib və orada prostatın tam və ya bir hissəsinin çıxarılması əməliyyatı keçirib.

Ostin əməliyyatdan sonra evə buraxılsa da, yanvarın 1-də onun vəziyyəti ağırlaşdığı üçün yenidən xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun sidik yollarında infeksiya olduğu məlum olub. Ostin yaxından izlənilmək üçün reanimasiya şöbəsinə yerləşdirilib. Nazirin xəstəxanada olduğu müddətdə vəziyyəti getdikcə yaxşılaşıb və həkimlər indi onun tam sağalmasını gözləyirlər.

Ostinin planlaşdırılmamış xəstəxanaya yerləşdirilməsi Amerika hökumətində qalmaqala səbəb olub. Pentaqonun baş müfəttişi Robert Storç müdafiə nazirinin yanvar ayında xəstəxanaya yerləşdirilməsi ilə bağlı təhqiqata başlamağı planlaşdırdığını bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti