İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb - Video

   İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb -    Video
  14 Yanvar 2024    Oxunub:1259
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi nəticəsində yaranan lava axını Qrindavik şəhərində yaşayış binalarına çatıb.
Bu barədə İslandiyanın RUV telekanalı məlumat yayıb. İslandiya Meteorologiya Mərkəzinin nümayəndəsinin sözlərinə görə, Qrindavikdə ən azı iki ev yanıb. Jurnalistlər ötən gecə şəhər sakinlərinin təxliyə edildiyini vurğulayıblar.

İslandiya Meteorologiya Xidmətinin zəlzələ üzrə mütəxəssisi Benedikt Halldourssonun verdiyi müsahibəyə görə, qoruyucu maneələr lavanın çox hissəsini saxlaya bilib. Lakin strukturlar tamamlanmadığından lava bir anda maneələr boyunca axıb.

Ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi bazar günü səhər saatlarında başlayıb. Bölgədə fövqəladə vəziyyət elan edilib. Mülki Müdafiə Agentliyinin bildirdiyinə görə, vəziyyəti və dəqiq yeri qiymətləndirmək üçün sahil mühafizə helikopteri göndərilib. Son üç il ərzində yarımadada dörd vulkan püskürməsi qeydə alınıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti