MWM: “ABŞ kəşfiyyatı İsrailə kömək edir”

   MWM:    “ABŞ kəşfiyyatı İsrailə kömək edir”
  15 Yanvar 2024    Oxunub:857
ABŞ-nin mərkəzi kəşfiyyat idarəsi (MKİ) İsrail-Fələstin müharibəsində İsrail ordusuna birbaşa dəstək verir.

AzVision.az xəbər verir ki, Amerikanın “Military Watch Magazine (MWM)” hərbi jurnalının əməkdaşları belə məlumat açıqlayıblar. Nəşr özünün yeni materiallarında MKİ-nin İsrail-Fələstin müharibəsində niyə bu qədər fəal olduğunu yazır və bunun münaqişənin gedişatına necə təsir göstərdiyini izah edirlər.

Adları çəkilməyən amerikalı rəsmilərin dediklərinə istinadən nəşr yazır ki, MKİ “New York Times” qəzetinə müsahibə verən Fələstinin siyasi partiyası və HƏMAS yaraqlı qruplaşmasının aparıcı rəsmiləri haqqında

Nəşr yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrailin Fələstinin siyasi partiyası və HƏMAS yaraqlı qruplaşmasının aparıcı məmurları haqqında İsrailin kəşfiyyat məlumatlarının toplanması səylərini dəstəkləyir. Həmin məmurlar isə, öz növbəsində ardıcıl şəkildə İsrail qüvvələrinin hədəfinə çevriliblər.

MKİ İsrail qüvvələri ilə Qəzzada yerləşən çoxsaylı milis qrupları arasında açıq döyüşlərin başlamasından sonra HƏMAS-ın yüksək rütbəli məmurlarını hədəf alan xüsusi tapşırıq qrupu yaradıb. Bununla bağlı ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın xüsusi əmr verdiyi bildirilir.

Həmçinin Vaşinqtonun terror təşkilatı kimi tanıdığı Fələstin qrupuna verilən prioritet səviyyəsini dördüncü səviyyədən ikinci səviyyəyə qaldıraraq kəşfiyyat məlumatlarının toplanması üçün əlavə maliyyə vəsaitinin ayrılmasına şərait yaradıldığı vurğulanır.

Yeri gəlmişkən, yanvarın 2-də Livanın paytaxtı Beyrutda HƏMAS liderinin müavini Saleh Əl-Arurinin İsrail tərəfindən uğurla öldürülməsi bunun sübutu kimi göstərilir.
AzVision.az



Teqlər: MKİ   İsrail  





Xəbər lenti