La-Manş boğazında 5 miqrant həlak olub

La-Manş boğazında 5 miqrant həlak olub
  15 Yanvar 2024    Oxunub:900
La-Manş boğazı vasitəsilə Fransadan İngiltərəyə keçməyə çalışan 5 qanunsuz miqrant qayığın batması nəticəsində həyatını itirib, 1-i isə ağır xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Dənizçilik Administrasiyası məlumat yayıb.

Bildirilib ki, bazar günü gecə saat 2 radələrində 4 miqrantın, səhər isə daha birinin cəsədi sahildə tapılıb.

70 nəfərdən ibarət qayıqda əsasən İraq və Suriya miqrantlarının olduğu, əksəriyyətinin xilas edildiyi qeyd olunub.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına görə, ötən il təxminən 30 min qanunsuz miqrant La-Manş boğazından ölkəyə keçib.

Firudin Həmidli
AzVision.az


Teqlər: miqrasiya  





Xəbər lenti