Türkiyədə seçki öncəsi 16 VPN xidmətinə blok qoyuldu

 Türkiyədə seçki öncəsi 16  VPN xidmətinə blok qoyuldu
  15 Yanvar 2024    Oxunub:925
Türkiyə hökuməti bələdiyyə seçkiləri ərəfəsində internet provayderlərindən bir neçə VPN xidmətinin fəaliyyətini məhdudlaşdırmağı xahiş edib.
Bu barədə “Financial Times” əldə etdiyi sənədlərə istinadən yazır. Nəşr alınan məlumatlara istinadən bildirir ki, hökumət internet provayderlərindən TunnelBear, Surfshark və CyberGhost da daxil olmaqla 16 VPN xidmətinə girişi bloklamağı və işin gedişi barədə mütəmadi olaraq tənzimləyiciyə məlumat verməyi xahiş edib.

Türkiyənin İfadə Azadlığı Dərnəyinin həmtəsisçisi Yaman Akdeniz nəşrə bildirib ki, internet provayderləri öz işləri barədə hesabat verməli olduqları üçün VPN xidmətlərinin fəaliyyətini məhdudlaşdıran son tədbirlər əvvəlkindən daha effektiv olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti