Qəzzada sutka ərzində ölənlərin sayı açıqlanıb

   Qəzzada sutka ərzində ölənlərin sayı açıqlanıb
  15 Yanvar 2024    Oxunub:769
Qəzzada son 24 saatda 132 nəfər həlak olub, 252 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyinin "Facebook"da dərc edilən bəyanatında bildirilir.

“Bir çox qurban hələ də dağıntılar altında, yollarda və təcili yardım maşınlarındadır. Mülki müdafiə qüvvələri onlara çatmaqda çətinlik çəkir", - bəyanatda qeyd olunur.

Nazirliyin məlumatına əsasən, oktyabrın 7-dən bəri Qəzzada ölənlərin ümumi sayı 24 min nəfəri keçib, habelə 60 mindən çox adam yaralanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: münaqişə   Qəzza  





Xəbər lenti