Kreml: "Danışıqlar nəticə verməyəcək"

 Kreml: "Danışıqlar nəticə verməyəcək"
  15 Yanvar 2024    Oxunub:902
"Əlbəttə, iştirakımız olmadan hər cür müzakirə aparıla bilər, lakin heç bir nəticə əldə edilə bilməz".
AzVision.az xəbər verir ki, "Kreml"in mətbuat katibi Dmitri Peskov Ukrayna müharibəsini başa çatdırmaq üçün dünən Davosda müzakirə edilən Kiyevin 10 maddəlik sülh planı ilə bağlı jurnalistlərə açıqlama verib.

"Rusiyanın iştirakı olmadan istənilən danışıq nəticəsiz qalacaq", - o deyib.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumunun illik sammitindən əvvəl dünən 83 ölkənin milli təhlükəsizlik müşaviri Kiyevin Ukraynada müharibəyə son qoyulması ilə bağlı 10 maddədən ibarət sülh planını müzakirə edib. Rusiya müzakirələrə dəvət olunmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Davos   sülh   danışıqlar  





Xəbər lenti