Kaqinyan: "Ermənistanda narkomaniya 200 dəfə artıb"

Kaqinyan:    "Ermənistanda narkomaniya 200 dəfə artıb"
  15 Yanvar 2024    Oxunub:799
Ermənistan müxalifətinin fəallarından olan Anya Kaqinyan diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində ölkəsinin təhlükəli hala gəldiyini yazıb: “Təsəvvür edirsinizmi, dünən bir əsgər qar altında qaldığıüçün ölüb... İlin əvvəlindən artıq orduda üçüncü ölüm faktını qeydə almışıq. Ölkədə təhlükəsizlik pozulub, narkomaniya isə baş alıb gedir. Narkomaniya 200 dəfə artıb. "120 min" Qarabağ ermənisi mühacir oldu. Ermənistan Respublikasının Milli Assambleyası isə əməkdar artistlə bağlı məsələni ciddi şəkildə müzakirəyə çıxarır...”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti