Türkiyədə saxlanılan israilli futbolçu deportasiya olunur

   Türkiyədə saxlanılan israilli futbolçu deportasiya olunur
  15 Yanvar 2024    Oxunub:1351
"Antalyaspor" - "Trabzonspor" matçında qol vurduqdan sonra biləyindəki yazıları kameralara tuşlayan və daha sonra saxlanılan israilli futbolçu Saqiv Jehezkelin deportasiya edilməsi ilə bağlı qərar verilib.
AzVision.az Türkiyə məbuatına istinadən xəbər verir ki, futbolçunun qolundakı yazıda İsrailin Qəzzaya hücüm əməliyatına başladığı 7 oktyabr 2023-cü il tarixi və David ulduzunun işarəsi olub.
İsrailli futbolçu Türkiyədə saxlanıldı


Bundan sonra Sagiv Jehezkel barəsində Antalya Baş Prokurorluğu tərəfindən istintaq başladıldı. "Antalyaspor" rəhbərliyi futbolçunun heyətdən çıxarıldığını açıqladı.

Ədliyyə naziri Yılmaz Tunç futbolçu haqqında ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etdiyi üçün məhkəmə istintaqının başladığını bildirdi.

İdmançı verdiyi ifadəsində müharibə tərəfdarı olmadığını, siyasətlə maraqlanmadığını açıqlayıb:

"Mən müharibə tərəfdarı deyiləm. Qəzzada əsir düşən İsrail əsgərləri də var. Bu 100 günlük müddətin indi bitməli olduğuna inanıram. Mən müharibənin bitməsini istəyirəm. Ona görə də buradakı işarəni göstərdim. Mən siyasətlə heç bir əlaqəsi olmayan adamam. Gələndən bəri siyasətlə bağlı heç bir iş görməmişəm. Diqqət çəkmək istədiyim məqam müharibənin sona çatmalı olmasıdır".

Jehezkel ifadəsini verdikdən sonra sərbəst buraxılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti